"Düzünü desəm, cari mövsümkü çıxışımdan razı deyiləm" - APEH
"Sabah"ın futbolçusu Emmanuel Apeh Mediasport.az saytına müsahibə verib.
Sabah" mövsümə uğursuz başlamışdı, bunun səbəbi nədə görürsüz?
- Düzü, məncə, mövsümə yaxşı başladıq. Ancaq Konfrans Liqasında mübarizəni dayandırdıqdan sonra çempionatda da bir neçə uğursuz nəticələrimiz oldu. Bunda bəxtsizıik də müəyyən rol oynadı. Etiraf edək ki, qalib başa vura bilmədiyimiz oyunların bir çoxunda kifayət qədər yaxşı oynamışdıq. Ancaq biz "Sabah"ıq. Bizim yaxşı, güclü komandamız var. İnanıram ki, gələcək oyunlarda da uğurlu nəticələrimizi davam etdirəcəyik.
Ardıcıl qələbələrdən sonra komandanızın tam özünə gəldiyini demək olar?
- Bəli, razıyam. Fikrimcə, son nəticələr komandamızın son dövrlərdə artırdığına sübutdur.
Son turda "Səbail"i darmadağın etdiz...
- "Səbail" üzərində qələbə bizim üçün çox vacib idi. Çünki biz öz üzərimizdə çox çalışırıq. Bunun nəticəsini meydanda gördüyümüzə, qalib gəldiyimizə görə çox şadam.
"Sabah"ın bu mövsüm üçün hədəfi nədir? Konfrans Liqası, yoxsa çempionluq uğrunda mübarizə aparmaq olar?
- Komanda olaraq hazırda turnir cədvəli və ya mövsümün sonu barədə düşünmürük. Biz hazırda yalnız hər növbəti matçımıza köklənir, hər oyunumuzdan maksimum nəticə ilə ayrılmaq üçün çalışırıq.
Azarkeşlərin sizdən gözləntiləri çoxdur, amma qol vurmaq çətinlik çəkirsiz. Performansınızı necə dəyərləndirirsiz?
- Düzünü desəm, cari mövsümkü çıxışımdan razı deyiləm. Komandama daha çox xeyir verə biləcəyimi düşünürəm və bunun üçün var qüvvəmlə çalışıram. İnanıram ki, qarşıdakı matçlarda həm komandama daha çox fayda verəcəm, həm də azarkeşlərimizi sevindirəcəm.
Mikels və Kaşukun gedişi komandaya çox təsir etdi?
- Hər ikisi çox yaxşı futbolçulardır. Ötən mövsümdə komandamıza çox köməklikləri dəydi. Lakin hazırda yeni mövsüm gedir. Fikrimcə, bu mövsümdə komandaya qoşulmuş futbolçular da çox yaxşıdırlar. Komandamızın son matçları da bunu sübut edir.
Növbəti turda "Araz Naxçıvan"la oynayacaqsız. Görüşlə bağlı nə deyə bilərsiz?
- Növbəti oyunumuz Araz-Naxçıvana qarşıdır. Bizi çətin oyunun gözlədiyini bilirik. Bu oyundan da maksimum nəticə ilə ayrılmaq üçün çox çalışırıq.
Tarverdi