Paris-2024: Azərbaycan medal sıralamasında neçənci yerdədir?

Paris-2024: Azərbaycan medal sıralamasında neçənci yerdədir?

Fransanın paytaxtı Parisdə keçirilən XXXIII Yay Olimpiya Oyunlarının medal sıralamasında dəyişikliklər olub.

Mediasport.az xəbər verir ki, hələlik 3 medalı qarantiləyən Azərbaycan 21-ci sıraya düşüb.

Hesabında rəsmi 2 qızıl medalı olan ölkəmiz Türkiyə və Gürcüstanı qabaqlayır.

Xatırladaq ki, cüdoçularımız Hidayət Heydərov (73 kq) və Zelim Kotsoyev (100 kq) olimpiya çempionu olublar.

Boksçumuz Alfonso Dominges (92 kq) isə finala çıxdığı üçün azı gümüş medalı təmin edib. Onun mükafatının əyarı rəsmiləşmədiyi üçün hesablamada yer almayıb.

Türkiyə (1 gümüş, 1 bürünc) 49-cu, Gürcüstan (1 qızıl, 2 gümüş, 1 bürünc) 27-ci, Ukrayna (2 qızıl, 1 gümüş, 3 bürünc) 17-ci pillədədir.

İlk "üçlük"də ABŞ (19 qızıl, 26 gümüş, 26 bürünc), Çin (19 qızıl, 15 gümüş, 11 bürünc) və Fransa (12 qızıl, 14 gümüş və 18 bürünc) qərarlaşıb.

Bu günədək 70 ölkənin medal əldə etdiyi olimpiadaya avqustun 11-də yekun vurulacaq.