Sənan Süleymanov yarımfinalda, Mariya Stadnik məğlub oldu

 Sənan Süleymanov yarımfinalda, Mariya Stadnik məğlub oldu

Azərbaycan güləşçiləri Paris-2024 XXXIII Yay Olimpiya Oyunlarında növbəti göüşlərini keçiriblər.

Mediasport.az xəbər verir ki, yunan-Roma güləşçimiz Sənan Süleymanov (77 kq) 1/4 finalda Macarıstan təmsilçisi Zoltan Levadan sonuncu xal prinsipinə görə üstün olub - 1:1.

Qadın güləşçimiz Mariya Stadnik isə mübarizəni 1/4 finalda dayandırıb.

50 kq çəkidə yarışan 4-qat Olimpiya mükafatçımız monqolustanlı Otqonjarqal Dolqorjavla görüşdə üstünlüyünü əldə verərək olimpiada ilə vidalaşıb.

Bu dueldə də hesab bərabər olub (4:4), lakin rəqib xalların keyfiyyətinə görə yarımfinala çıxıb.