Heydərov Olimpiya çempionu oldu - 16 ildən sonra gələn qızıl medal!
Azərbaycan cüdoçusu Hidayət Heydərov Fransanın paytaxtı Parisdə keçirilən Yay Olimpiya Oyunlarının qalibi olub.
Mediasport.az xəbər verir ki, 73 kq çəki dərəcəsində yer alan idmançı finalda fransalı Con Benjamin Qabanı qızıl xal vaxtında üstələməklə olimpiadanın qızıl medalını qazanıb.
Mübarizəyə 1/8 finaldan başlayan Hidayət bu mərhələdə Tohar Butbulla (İsrail) qalib gəlib.
O, 1/4 finalda Artur Margelidondan (Kanada), yarımfinalda isə Akil Qyakovdan (Kosovo) güclü olub.
Bu, Hidayət Heydərovun karyerasına ilk olimpiada kimi yazılıb.
Xatırladaq ki, cüdo yarışlarında Azərbaycan adına son Olimpiya çempionluğunu 2008-ci ildə Pekində Elnur Məmmədli əldə etmişdi.