Olimpiada məşəlinin alovlandırılması mərasiminin vaxtı açıqlandı

Olimpiada məşəlinin alovlandırılması mərasiminin vaxtı açıqlandı

2024-cü il iyulun 26-da Parisdə start götürəcək Yay Olimpiya Oyunlarının məşəlinin alovlandırılması mərasiminin vaxtı açıqlanıb.

mediasport.az xəbər verir ki, mərasim gələn il aprelin 16-da Yunanıstanın Olimpiya şəhərində - dördilliyin ən möhtəşəm yarışının başlanmasına 101 gün qalmış keçiriləcək.

Məşəl alovlandırıldıqdan sonra estafetə start veriləcək. Məşəl təxminən bir həftəyə Afinaya çatdırılacaq. Oradan məşəlin Aralıq dənizi vasitəsilə üçdirəkli “Belem” gəmisi ilə yola salınması planlaşdırılır. Mayın 8-də gəmi Marselə çatacaq. Marsel Olimpiya Oyunları zamanı futbol və yelkən yarışlarına ev sahibliyi edəcək. Sonra məşəl estafeti bütün Fransanı əhatə edəcək.

“Paris-2024” Yay Olimpiya Oyunları avqustun 11-dək davam edəcək.