"Qarabağ"ın üzvü: "Bu, futboldur - Epizodlar olur, dəyərləndirə bilmirsən"
"Qarabağ"ın müdafiəçisi Toral Bayramov Avropa Liqasının III təsnifat mərhələsinin "Helsinki" (Finlandiya) ilk oyunundan (2:1) sonra mediasport.az saytının suallarını cavablandırıb...
- Hamı gördü ki, çətin oyun oldu. Yaxşı hazırlaşmışdıq, rəqibi təhlil etmişdik. Qələbə qazanmaq lazım idi. Şükürlər olsun ki, azarkeşlərimizi sevindirdik. Davamını gətirməyə çalışacağıq.
Xüsusən ilk hissədə çoxlu qol epizodlarınız oldu, amma istifadə edə bilmədiz. Bu haqda nə deyə bilərsən?
- Bu, futboldur. Epizodlar olur, dəyərləndirə bilmirsən. Elə də olur ki, yoxdan qol vurursan, qismətdir. Bu gün qismətimizdə bu idi.
Bir neçə oyundur fərqli cinahda oynayırsan. Özünü necə hiss edirsən?
- Yaxşı sualdır. Əlbəttə, rahat hiss edirəm. Futbolçuyuq, baş məşqçi bizə güvənir. Hara qoyursa, çalışırıq orada işimizi layiqincə görək.
Rəqib "Qarabağ"ın qapısına 7 zərbə vurdu, hamısı da "çərçivə"yə tuş gəldi.
- Rəqibi təhlil etmişdik, gözləyirdik. "Helsinki" yaxşı komandadır, sürətli futbolçuları var. Açıq futbol oynadıq, risklərə getdik. Şükürlər olsun ki, qələbə qazandıq.