Peşəkar Futbol Liqasının yaradılmasından 16 il keçir
Bu gün Peşəkar Futbol Liqasının fəaliyyətə başlamasından 16 il ötür.
AFFA-nın tabeçiliyində olsa da, xüsusi peşəkarlıqla fəaliyyət göstərməsi qurumu fərqləndirən əsas xüsusiyyətlərdən birincisidir.
2008-ci ildə əsası qoyulan PFL-in ilk rəhbəri "Neftçi"nin sabiq prezidenti Ramin Musayev olub.
2022-ci ildən quruma Elxan Səmədov başçılıq edir.
PFL Azərbaycanda AFFA Region Liqası və U liqalar xaric, bütün futbol çempionatlarını (Premyer Liqa, 1-ci Liqa, 2-ci Liqa, Azərbaycan Kuboku) məhdud imkanlarla yüksək səviyyədə keçirən və cavabdeh qurumdur.
Orada idman mətbuatının tanınmış simaları - Aslan Şahgəldiyev, Elgiz Abbasov, Sənan Abdullayev, Müzəffər Müzəffərli, Rasim Yaqublu Faiq Tahirov, Məftun Rəsulzadə, Elvin Yaqubun ön planda olması PFL-in işinin kifayət qədər effektiv təşkilinə şərait yaradır.
Eyni zamanda texniki işçilər, 1və 2-ci liqa yarışlarını canlı yayımla yutub kanalına ötürən cəfakeş videooperatorlar, mühasib və digər əməkdaşlar bu qurumun əsas tərkib hissəsidir.
Xüsusilə 2023-cü il dekabrın 16-da Xankəndi istiqamətinə səfər zamanı kollektivin rəhbər və işçilərinin ağır qəzaya düşməsindən sonra az sayda əməkdaşla fədakarlıq göstərib mövsümü yüksək səviyyədə davam etdirməsi və uğurla başa vurması qeyd olunmaya bilməz.
Mediasport.az saytı olaraq, Peşəkar Futbol Liqasında çalışan bütün dostlarımızı təbrik edir, müalicəsini davam etdirən üzvlərinə Allahdan şəfa diləyir və tezliklə iş başında olmalarını arzulayırıq.
Bayramınız mübarək!