Pol Poqbanın dopinq testinin nəticəsi növbəti dəfə müsbət çıxıb
“Yuventus”un yarımmüdafiəçisi Pol Poqbanın növbəti dopinq testi müsbət çıxıb.
Mediasport.az xəbər verir ki, fransalı futboldan kənarlaşdırılma təhlükəsilə üz-üzədir.
Cari mövsüm İtaliya A Seriyasının 1-ci tur oyunundan sonra verdiyi analizin nəticəsi şübhəli olduğu üçün Poqbadan növbəti test götürülüb. Yekun nəticəyə əsasən, testosteronun səviyyəsi normadan çox aşkarlanıb və onun qanında qadağan edilmiş maddənin mövcudluğu müəyyənləşdirilib.
Poqbaya özünümüdafiə hesabatını təqdim etmək üçün 7 gün vaxt verilib.
Qeyd edək ki, hələlik rəsmi və yekun qərar verilməsə də, İtaliya Antidopinq Agentliyi fransalının qeyri-müəyyən müddətə diskvalifikasiya edib.
Yaxın günlərdə yekun qərar çıxarılacaq. Araşdırma və hesabatlar rəsmən təsdiqlənsə, onu futboldan 4 ilədək uzaqlaşdırılma cəzası gözləyir.
İtaliya klubu dünya çempionu ilə müqaviləyə xitam verməyə hazırlaşır.