Finalçılar məlum oldu - AÇ-2023

Finalçılar məlum oldu - AÇ-2023

21 yaşadək futbolçular arasında Avropa çempionatında finalçılar müəyyənləşib.

MediaSport.az xəbər verir ki, Gürcüstan və Rumıniyanın birgə ev sahibliyi ilə keçirilən qitə birinciliyinin həlledici qarşılaşmasında İspaniya və İngiltərə milli komandaları üz-üzə gələcəklər.

İspanlar yarımfinalda Ukraynanı darmadağın ediblər, britaniyalılar isə finala çıxmaq üçün İsrail yığmasının qapısından 3 cavabsız top keçiriblər.

Çempionluq oyunu iyulun 8-də, Bakı vaxtilə saat 20:00-da başlanacaq. Matç Gürcüstanın Batumi şəhərindəki "Acarabet Arena"da keçiriləcək.


U-21 Avropa çempionatı. Yarımfinal


İsrail - İngiltərə 0:3

İspaniya - Ukrayna 5:1