Portuqaliyada Dünya Kubokunda 4 idmançımız mübarizə aparacaq

Portuqaliyada Dünya Kubokunda 4 idmançımız mübarizə aparacaq

Azərbaycanı Portuqaliyanın Koimbra şəhərində keçiriləcək batut gimnastikası və tamblinq üzrə Dünya Kubokunda 4 idmançı təmsil edəcək.

Mediasport.az xəbər verir ki, baş məşqçi Vladimir Şulikinin rəhbərliyi altında Mixail Malkin, Tofiq Əliyev, Bilal Qurbanov və Adil Hacızadə yarışacaq.

Kamil Quliyev Dünya Kubokunda hakim funksiyasını yerinə yetirəcək.

Yarış iyulun 3-dən 5-nə qədər keçiriləcək.