"Kəpəz" başladı

"Kəpəz" başladı

"Kəpəz" yeni mövsümün hazırlıqlarına start verib.

MediaSport.az xəbər verir ki, Gəncə şəhər stadionunun yardımçı təbii meydanında keçirilən məşq prosesi seleksiya xarakteri daşıyıb.

Hazırlığa təcrübəli oyunçularla yanaşı, Gəncə futbol məktəbinin gənc yetirmələri də qatılıblar. "Kəpəz"in əvəzedici heyətinin və U-19 komandasının futbolçuları da məşqlərdə iştirak edirlər.