"Kəpəz"də daha 2 ayrılıq - RƏSMİ

"Kəpəz"də daha 2 ayrılıq - RƏSMİ

Yeni mövsümə hazırlaşan "Kəpəz" daha 2 futbolçu ilə vidalaşıb.

Mediasport.az xəbər verir ki, müdafiəçi Rüfət Əhmədov və yarımmüdafiəçi Latir Falın müqaviləsi başa çatıb.

Gəncə təmsilçisini bunadək Elçin Əlicanov, Vüsal Məsimov, Martins Junior, Adama Niane, Mate Kvirkvia, Olavale Onanuqa, İqor Rodrigeş və Georgi Papunaşvili tərk edib.