Premyer Liqa klubu doğma arenaya nə vaxt qayıdacaq? - AÇIQLAMA

Premyer Liqa klubu doğma arenaya nə vaxt qayıdacaq? - AÇIQLAMA

Bu ay Naxçıvan stadionunda təmir işlərinin başlanılması gözlənilir.

Mediasport.az xəbər verir ki, bu barədə “Report”a “Araz-Naxçıvan”ın icraçı direktoru Eldəniz Yusifov məlumat verib.

Klub rəsmisi bildirib ki, hazırda texniki məsələlər son mərhələdədir:

“Maliyyə ilə bağlı heç bir problem yoxdur. Yalnız texniki məsələlərin həlli qalıb. Bundan asılı olaraq, oktyabrın ortalarından etibarən təmir işlərinə başlanılması gözlənilir. Biz də istəyirik ki, işlər mümkün qədər tez yekunlaşsın, Naxçıvanda çıxış edək. Ancaq nə zaman yekunlaşacağına mütəxəssislər daha dəqiq cavab verə bilərlər. Təxminən yeni ilə qədər istifadəyə verilməsi gözlənilir. Peşəkar Futbol Liqası da bizdən bunu tələb edir. Ancaq hər şey işlərin gedişatından asılı olacaq”.

Qeyd edək ki, “Araz-Naxçıvan” 2023/2024 mövsümünün ilk 5 ev oyununda rəqiblərini Mərdəkanda yerləşən “Dalğa Arena”da qəbul edib.