"Neftçi"nin "Turan Tovuz"la görüşünün biletləri satışa çıxarılıb

"Neftçi"nin "Turan Tovuz"la görüşünün biletləri satışa çıxarılıb

Futbol üzrə Azərbaycan Premyer Liqasının 1-ci turu çərçivəsində avqustun 3-də keçiriləcək “Neftçi” - “Turan Tovuz” matçının biletləri satışa çıxarılıb.

Mediasport.az xəbər verir ki, azarkeşlər saat 18:30-da “Neftçi Arena”da oynanılacaq qarşılaşmanın biletlərini 3 manatdan əldə edə bilərlər.

Qiymətlər sektorlara uyğun olaraq, 3 (1B, 2A, 2B, 4A, 5A), 5 (3B), 15 (3A) və 20 (VIP) AZN təşkil edir.

Biletləri stadionun kassasından, həmçinin, "iticket.az" saytından almaq mümkündür.

“Neftçi Arena”nın kassalarında 1A və 5A sektorlarına olan biletlər (qiyməti 3 AZN) oyun günü saat 12:00-dan etibarən satışda olacaq.