Prezident İlham Əliyev "Qarabağ"ın fəxri prezidentini təltif edib - FOTO

 Prezident İlham Əliyev "Qarabağ"ın fəxri prezidentini təltif edib - FOTO

Azərbaycan Prezidenti İlham Əliyev "Qarabağ" Futbol Klubunun fəxri prezidenti Abdulbari Gözəli təltif edib.

Mediasport.az xəbər verir ki, "Azərsun Holdinq" şirkətinin qurucusu və Müşahidə Şurasının sədri “Heydər Əliyevin 100 illiyi (1923-2023)” yubiley medalına layiq görülüb.

Mükafat ölkə başçısının 2024-cü il 2 fevral tarixli, 4289 nömrəli Sərəncamına əsasən təqdim olunub.

Qeyd edək ki, müasir Azərbaycanda özəl sektorun inkişafına mühüm töhfələr verən şirkət rəhbəri 20 il əvvəl iş adamları arasında ilk dəfə Azərbaycan prezidenti tərəfindən “Tərəqqi” medalı ilə mükafatlandırılıb.

O, eyni zamanda, 2016-ci ildə “Şöhrət” ordeni ilə də təltif edilib.