"Qarabağ"da CİDDİ itki: Musa Qurbanlı "Neftçi" ilə matçda oynamayacaq
Cari mövsüm vurduğu 20 qolla Azərbaycan Premyer Liqasında bombardirlər yarışına başçılıq edən “Qarabağ”ın hücumçusu Musa Qurbanlı bu gün 32-ci tur çərçivəsində keçiriləcək "Neftçi" ilə görüşdə meydana çıxmayacaq.
mediasport.az xəbər verir ki, 21 yaşlı futbolçu çempionatda 4 sarı vərəqə limitini doldurduğu üçün Azərbaycan derbisində oynamayacaq.
"Neftçi"nin yetirməsi 2-ci turda “Sumqayıt”, 9-cu turda “Qəbələ”, 20-ci turda “Şamaxı” və 31-ci turda “Zirə” ilə oyunlarda sarı vərəqə alıb.
Ağdam təmsilçisindən eyni zamanda zədəli futbolçular - müdafiəçi Abbas Hüseynovla hücumçu Redon Cica da qarşılaşmanı kənardan izləyəcəklər. “Neftçi”nin heyətində isə itki yoxdur.
"Bakcell Arena"da keçiriləcək matç saat 20:00-da başlanacaq.