"Qarabağ" son saniyədə buraxdığı qolla pley-off şansını Bakıya saxladı

"Qarabağ" son saniyədə buraxdığı qolla pley-off şansını Bakıya saxladı

Avropa Liqasının qrup mərhələsinin 5-ci turuna yekun vurulub.

mediasport.az xəbər verir ki, yarışdakı təmsilçimiz "Qarabağ"a Fransa səfərində 1 xal kifayət edirdi ki, tarixində ilk dəfə Avroliqanın qrupundan çıxsın, öz də vaxtından əvvəl.

Lakin Qurban Qurbanovun komandası Bakıda 3:0 hesabı ilə qalib gəldiyi "Nant"a məğlub olaraq bütün sualları son tura saxladı. Ağdam təmsilçisi qrupun son görüşü çərçivəsində Bakıda lider "Frayburq"a qalib gəlsə, tarixində ilk dəfə Avropa Liqasında pley-offa çıxacaq.

Qrupun digər görüşündə "Frayburq" Almaniyada "Olimpiakos"la heç-heçə edərək liderliyi təmin edib.


Avropa Liqası. Qrup mərhələsi. 5-ci tur

G qrupu

"Nant" (Fransa) - "Qarabağ" 2:1

Qollar: L.Blas, 16. İ.Qanaqo, 90+4 – F.Ozobiç, 56-pen.

"Nant": 1. Alban Lyafon (k), 3. Andrey Cirotto, 5. Pedro Çirivelya, 7. Evann Gessan, 8. Samüel Mutussami, 10. Lüdovik Blas, 21. Jan-Şarl Kastelletto, 24. Sebastyan Korşya, 29. Kenten Merlen, 31. Mustafa Məhəmməd, 55. Abdul-Kader Bamba.

Ehtiyat oyunçular: 16. Remi Deskam, 30. Denis Petriç, 2. Fabio, 4. Nikolya Pallua, 11. Markus Koko, 12. Dennis Appia, 14. İqnatius Qanaqo, 17. Mussa Sissoko, 19. Məhəmməd Açi, 22. Qor Manvelyan, 27. Moyzes Simon.

Baş məşqçi: Antuan Kombuare.

"Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev (k), 7. Riçard Almeyda, 10. Abdullah Zubir, 11. Kvabena Ovusu, 13. Bəhlul Mustafazadə, 19. Filip Ozobiç, 20. Kadi Borges. 27. Toral Bayramov, 29. Marko Veşoviç, 81. Kevin Medina.

Ehtiyat oyunçular: 23. Luka Quqeşaşvili, 89. Amin Ramazanov, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 6. Julio Roman, 8. Marko Yankoviç, 18. İsmayıl İbrahimli, 22. Musa Qurbanlı, 30. Abbas Hüseynov, 44. Elvin Cəfərquliyev, 77. Ramil Şeydayev, 90. Nəriman Axundzadə.

Baş məşqçi: Qurban Qurbanov.


"Frayburq" (Almaniya) - "Olimpiakos" (Yunanıstan) 1:1

Qollar: Kubler, 90+3 – El Arabi, 17.

Xal durumu: "Frayburq" – 13. "Qarabağ" – 8. "Nant" – 4. "Olimpiakos" – 2.