Təmsilçimiz "Qarabağ" 1/32 finalda İspaniya klubu ilə qarşılaşacaq
Azərbaycanın kişi və qadınlardan ibarət komandaları Avropa Həndbol Federasiyası (EHF) kubokunda iştirak edəcəklər.
Mediasport.az xəbər verir ki, təmsilçilərimiz avqustun 15-dən bu turnirin hazırlıqlarına başlayıblar.
Artıq qadınlardan ibarət komandaların oyunlarının vaxtı və məkanı müəyyənləşib.
Yarışa 1/32 finaldan qatılacaq “Azəryol” Bosniya və Herseqovinanın “ZRK Krivaya” komandası ilə qarşılaşacaq. 30 sentyabr–1 oktyabr tarixlərində baş tutacaqlar matçlar rəqib meydanında keçiriləcək.
Digər təmsilçimiz “Qarabağ” eyni tarixdə İspaniyanın “Qranolyers” klubu ilə üz-üzə gələcək. “Kür” isə İtaliyanın “Jomi Salerno” komandası ilə 23-24 sentyabrda Mingəçevirdəki “Kür” Olimpiya İdman Mərkəzində münasibətlərini aydınlaşdıracaq.
İki oyunun nəticəsinə görə üstünlük qazanan komanda növbəti mərhələyə adlayacaq.