“Qarabağ”ın avrokubok rəqibi Lüksemburq komandası oldu

“Qarabağ”ın avrokubok rəqibi Lüksemburq komandası oldu

Azərbaycanı həndbol üzrə Avropa Kubokunda təmsil edəcək qadın komandaların rəqibləri müəyyənləşib.

Mediasport.az xəbər verir ki, turnirə ikinci mərhələdən qoşulacaq son ölkə çempionu “Qarabağ” Lüksemburqun “Red Boys Differdanj” klubu ilə qarşılaşacaq.

Azərbaycan Kubokunun qalibi “Kür” Yunanıstanın OFN, “Azəryol” isə Ukraynanın “Qaliçanka” klubları ilə üz-üzə gələcək.

İlk oyunlar oktyabrın 5-6-da, cavab qarşılaşmaları 12-13-də keçiriləcək.