"Qalib gəlməmişiksə, bunun günahını özümüzdə axtarmalıyıq" - MUSAYEV

"Qalib gəlməmişiksə, bunun günahını özümüzdə axtarmalıyıq" - MUSAYEV

Cari mövsüm Premyer Liqanın iddialısı "Sabah" 16-cı turun "Şamaxı" ilə ev oyununda gözlənilməz xal itkisi ilə üzləşdi.

mediasport.az xəbər verir ki, Masazır klubunun baş məşqçisi Murad Musayev son dəqiqələrdə buraxdıqları qolla əldən verdikləri qələbəni qoruya bilmədikləri üçün günahı özlərində axtarmalı olduqlarını bildirib.

Rusiyalı mütəxəssis görüşlə bağlı əlavə olaraq bunları deyib:

- Oyun bizim tam nəzarətimiz altında keçdi. Demək olar, rəqibə təhlükəli vəziyyət yaratmağa imkan vermədik. Qalib gələ bilmədiyimizə görə təəssüf edirəm. Azlıqda qalsaq da, oyuna nəzarəti davam etdirirdik. Qalib gəlməmişiksə, bunun günahını özümüzdə axtarmalıyıq. Çünki 25-ci dəqiqədə gərəksiz qırmızı vərəqə alaraq azlıqda qaldıq. Komandaya ikinci hissədə sərgilədiyi oyuna, xarakterə görə təşəkkür edirəm. Amma bu cür matçlardan 3 xalla ayrılmalıyıq.

"Sabah" - "Şamaxı" oyunu 1:1 hesabı ilə yekunlaşıb. Meydan sahibləri ilk yarıda, şamaxılılar isə fasilədən sonra azlıqda qalıblar. Masazır klubu lider "Qarabağ"dan 5 xal geri qalır.