"Sumqayıt"da 31 yaşlı israilli - RƏSMİ
Yeni mövsümə hazırlıqları Türkiyənin Ərzurum şəhərində davam etdirən "Sumqayıt" klubu daha bir futbolçu ilə müqavilə imzalayıb.
MediaSport.az xəbər verir ki, "gənclik şəhəri" təmsilçisi israilli yarımmüdafiəçi Roi Kahatı transfer edib.
Klubun düşərgəsinə qatılan oyunçu ilə 2 illik sözləşmə bağlanılıb.
O, ölkəsinin "Makkabi" (Təl-Əviv), "Hapoel" (Beer Şeva), "Makkabi" (Yavne), "Makkabi" (Haifa), "Makkabi" (Netanya), həmçinin Avstriyanın "Austriya" (Vyana) klublarında forma geyinib. 31 yaşlı futbolçunun son komandası "İroni Kiryat Şmona" olub.