"Tottenhem"in baş məşqçisi: "Qalib gəlməyimizə baxmayaraq..."
"Oyuna daha yüksək tempdə başlamağı planlaşdırmışdıq, lakin heç də yaxşı başlamadıq".
Mediasport.az xəbər verir ki, bunu "Tottenhem"in baş məşqçisi Ange Postekoqlu deyib.
Yunanıstanlı mütəxəssis UEFA Avropa Liqasının ilk turunun "Qarabağ"la matçını şərh edib.
59 yaşlı çalışdırıcı ümumi nəticədən razı qaldığını bildirib:
"Görüşün əvvəlindəki qırmızı vərəqə planlarımızı pozdu. Bunadək ötürmələrdə passiv idik və nəticədə Draquş meydandan qovuldu. Yalnız bundan sonra yaxşı reaksiya verib üstünlüyü ələ aldıq. Qalib gəlməyimizə baxmayaraq, startdan narazı qaldım".
Xatırladaq ki, Londonda keçirilmiş oyun 3:0 hesabı ilə yekunlaşıb.