"Beşiktaş" - "Neftçi" qarşılaşması: Ən ucuz biletin qiyməti 31 manatdır

"Beşiktaş" - "Neftçi" qarşılaşması: Ən ucuz biletin qiyməti 31 manatdır

Avropa Konfrans Liqasının III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində İstanbulda baş tutacaq "Beşikatş" - "Neftçi" matçının biletləri satışa çıxarılıb.

mediasport.az xəbər verir ki, avqustun 17-də "Beşiktaş Stadionu"nda keçiriləcək görüş üçün ən ucuz biletin qiyməti 500 TL, Azərbaycan pulu ilə təxminən 31 manatdır.

Ən baha bilet isə 3150 TL-yə - 197 manata təklif olunur.

Matç saat 22:00-da başlanacaq. İlk qarşılaşma "qara qartallar"ın qələbəsilə yekunlaşıb - 3:1.