HESABAT: 21 yaşadək futbolçulara ən çox güvənən klub "Qarabağ"dır
Futbol üzrə Azərbaycan Premyer Liqasında 21 yaşadək futbolçulara ən çox şans verən klublar müəyyənləşib.
Mediasport.az xəbər verir ki, bu barədə Beynəlxalq İdman Araşdırmaları Mərkəzinin (CİES) rəsmi saytı məlumat paylaşıb.
Qurumun statistikasına əsasən, "Qarabağ" 2023-cü il aprelin 3-dən 2024-cü il aprelin 2-dək olan hesabatda liderdir.
Bu müddətdə Ağdam klubunun heyətində meydana çıxanların 6,2 faizinin yaşı 21-dən aşağı olub.
"Zirə" (4,6 faiz) ikinci, "Sabah" və "Neftçi" (hər ikisi 4,3 faiz) 3-4-cü yerləri bölüşdürür.
Digər sıralarda müvafiq olaraq "Qəbələ" (3,7 faiz), "Turan Tovuz" (3,3 faiz), "Sumqayıt" (3,2 faiz), "Kəpəz" (1,9 faiz), "Araz-Naxçıvan" (0,3 faiz) və "Səbail" (0,1 faiz) qərarlaşıb.