"Sumqayıt"da yeni təyinat - RƏSMİ

"Sumqayıt"da yeni təyinat - RƏSMİ

Bir neçə gün öncə xəbər verdiyimiz kimi, idman jurnalisti Zaur Xudiyev “Sumqayıt” futbol klubunun mətbuat xidmətinin rəhbəri vəzifəsinə təyin olunub.

"Gənclik şəhəri" təmsilçisi bu barədə rəsmi səhifə vasitəsilə paylaşım edib.

Son iş yeri “Report” İnformasiya Agentliyinin idman şöbəsi olan Zaur Xudiyev daha öncə “Oxu.az”, “Apasport” kimi ölkənin tanınmış xəbər qurumlarında da fəaliyyət göstərib.