"Sumqayıt"da ciddi itki - Əsas üzvü üçün 2023-cü il başa çatıb

"Sumqayıt"da ciddi itki - Əsas üzvü üçün 2023-cü il başa çatıb

“Sumqayıt”ın müdafiəçisi İsa Suliman əməliyyat olunub. 

Mediasport.az xəbər verir ki, Azərbaycan Premyer Liqasının 10-cu turunun “Sabah”la oyununda zədələnən pakistanlı futbolçuya medial menisk yırtığı diaqnozu qoyulub.

Türkiyənin paytaxtı Ankara şəhərində “Acıbadem” xəstəxanasında edilən əməliyyat uğurlu keçib. 

Artıq bu gün Sumqayıta dönəcək müdafiəçinin reabilitasiyasına burada davam ediləcək.

Onun ən gec iki ay ərzində yenidən tam gücü ilə çalışmalara başlayacağı gözlənilir.