"Qarabağ" azarkeşləri Avropada ikinci oldu, birinci yeri hansı klub tutdu?
UEFA Çempionlar Liqasının II təsnifat mərhələsinin cavab oyunlarını tribunalardan izləyən azarkeşlərin sayı müəyyənləşib.
mediasport.az xəbər verir ki, raund çərçivəsində baş tutmuş 12 görüşü 219 366 tamaşaçı izləyib.
Ən çox azarkeş İstanbulda keçirilmiş “Qalatasaray” (Türkiyə) - “Jalgiris” (Litva) qarşılaşmasında qeydə alınıb - 41 min 505 nəfər.
Azərbaycan çempionu “Qarabağ”ın Bakı Olimpiya Stadionunda Polşanın “Rakuv” klubu ilə 1:1 başa çatan qarşılaşmasında 31 min 257 nəfər tribunada yer alıb.
Qeyd edək ki, yoluna Avropa Liqasında davam edəcək Ağdam klubu III təsnifat mərhələsində Finlandiyanın HIK komandası ilə üz-üzə gələcək.