Azərbaycan çempionatının final görüşü bu şəhərdə keçiriləcək
AFFA və Azərbaycan Həvəskarlar Futbol Federasiyasının (AHFF) təşkilatçılığı ilə keçirilən ölkə birinciliyinin final oyununun məkanı müəyyənləşib.
Mediasport.az xəbər verir ki, yubiley - 30-cu yarışın həlledici görüşü Şirvan şəhərində keçiriləcək.
Qarşılaşma iyulun 28-də Şirvan Olimpiya İdman Kompleksinin stadionunda baş tutacaq.
Xatırladaq ki, 20 ildən sonra böyük futbola qayıdan Şirvan şəhəri Həvəskar Liqasında 2 komanda ilə təmsil olunur ("Şirvan" FK və "Şirvan OİK") və hər iki kollektiv davam edən birinciliyin 1/8 finalına vəsiqə qazanıb.