"Qarabağ" ÇL-də mərhələni darmadağınla keçdi - YENİLƏNİB

"Qarabağ" ÇL-də mərhələni darmadağınla keçdi - YENİLƏNİB

Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında I təsnifat mərhələsinə yekun vurulacaq.

MediaSport.az xəbər verir ki, Azərbaycan çempionu “Qarabağ” cavab oyununu evdə keçirib.

Ağdam klubu ötən həftə Cəbəllütariqdə 2:1 hesabı ilə qalib gəldiyi "Linkoln"u darmadağın edərək mərhələdən kənarlaşdırıb.

"Köhlən atlılar" II təsnifat mərhələsində Polşa çempionu "Rakuv"la qarşılaşacaqlar.


UEFA Çempionlar Liqası. I təsnifat mərhələsi. Cavab oyunu


“Qarabağ” (Azərbaycan) – “Linkoln” 4:0 (Cəbəllütariq)

Qollar: Abdulla Zubir, 8, Bəhlul Mustafazadə, 45, Redon Cica, 46, Marko Yankoviç, 62.

Baş hakim: Eldorjan Hamiti (Albaniya)

Bakı Olimpiya Stadionu

Qarabağ": 1. Şahruddin Məhəmmədəliyev, 29. Marko Veşoviç, 13. Bəhlul Mustafazadə, 55. Bədavi Hüseynov (k), 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 15. Leandro Andrade, 7. Yassin Benzia, 10. Abdullah Zubir, 99.Redon Cica.

Baş məşqçi: Qurban Qurbanov.

"Linkoln": 23. Dayle Koleinq, 21. Nano, 6. Bernardo Lopes (k), 24. Con Serqant, 5. İbrahim Ayu, 10. Lian Volker, 20. Mustafa Yahaya, 88. Mandi, 7. Li Kaskiaro, 9. Kike Qomes, 55. Etan Britto.

Baş məşqçi: Xavi Munyos.