Araz Abdullayev karyerasını 1-ci Liqa klubunda davam etdirəcək

Araz Abdullayev karyerasını 1-ci Liqa klubunda davam etdirəcək

Azərbaycan milli komandasının sabiq futbolçusu Araz Abdullayevin karyerasını harada davam etdirəcəyi müəyyənləşib.

Mediasport.az xəbər verir ki, 32 yaşlı yarımmüdafiəçi 1-ci Liqada çıxış edəcək.

O, liqanın autsayderi “Qaradağ Lökbatan”a keçib.

Qaradağ təmsilçisi ilə anlaşma mövsümün sonunadək nəzərdə tutulub.

Son olaraq "Zirə"də forma geyinmiş Abdullayev yaydan klubsuz idi.

"Qaradağ Lökbatan" çempionatda geridə qalan 4 görüşün hamısında məğlub olub.