"Qarabağ" - "Bayer": Biletlərin satışa çıxarılacağı tarix dəqiqləşib

"Qarabağ" - "Bayer": Biletlərin satışa çıxarılacağı tarix dəqiqləşib

Azərbaycanı UEFA Avropa Liqasında təmsil edən "Qarabağ"ın 1/8 final mərhələsinin ilk oyunu çərçivəsində Almaniyanın "Bayer" klubu ilə ev matçının biletlərinin satışa buraxılacağı tarix dəqiqləşib.

Ağdam təmsilçisindən Mediasport.az saytına verilən məlumata görə, azarkeşləri biletləri sabah - martın 1-dən əldə edə bilərlər.

Biletlər itickets.az saytı və şəhərin kassalarında satışda olacaq.

"Qarabağ" - "Bayer" qarşılaşması martın 7-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək və saat 21:45-də başlanacaq.

Cavab görüşü martın 15-də Leverkuzendə baş tutacaq.