"Neftçi" ilə çempion olmuş futbolçu Braziliyada oynayacaq

"Neftçi" ilə çempion olmuş futbolçu Braziliyada oynayacaq

2020/2021 mövsümündə "Neftçi" ilə Azərbaycan çempionu olmuş Rener Pavao özünə yeni komanda tapıb.

Mediasport.az xəbər verir ki, müdafiəçi Braziliyada oynayacaq.

Ölkəmizi tərk etdikdən sonra Portuqaliyanın "Portimonense" kıubunda çıxış etmiş "sambaçı" vətənində "Laquna"nun formasını geyinəcək.

Klub Braziliyanın Potiqar çempionatının ikinci liqasında çıxış edir.