"Qarabağ"ın Sloveniya planı
"Qarabağ"ın Avropa Liqasının pley-off mərhələsinin Sloveniyada "Olimpiya"ya qarşı keçirəcəyi ilk görüşünün planları müəyyənləşib.
mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi avqustun 23-də saat 11:00-da çarter reysi ilə birbaşa Lyüblyanaya uçacaq.
Qurban Qurbanovun komandası oyunöncəsi məşqini həmin gün keçirəcək.
"Olimpiya" - "Qarabağ" oyunu avqustun 24-də "Stojitse" stadionunda keçiriləcək və Bakı vaxtı ilə saat 22:00-da başlanacaq.