Azərbaycan klubu "Zalsburq"un keçmiş hücumçusunu transfer etdi

Azərbaycan klubu "Zalsburq"un keçmiş hücumçusunu transfer etdi

“Qəbələ” yeni futbolçu transfer edib.

Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi qanalı forvard Samuel Tette ilə anlaşıb.

27 yaşlı hücumçu son olaraq Türkiyənin “Adanaspor” klubunda çıxış edib. O, karyerası ərzində Avstriyanın LASK və “Zalsburq” komandalarında da forma geyinib.

2015-ci ildən Qana millisinə dəvət alan Tette ilə 2 illik müqavilənin bağlanması gözlənilir.