"Sabah", "Kəpəz" və "Zirə" də 1/4 finala çıxdı - Azərbaycan Kuboku

"Sabah", "Kəpəz" və "Zirə" də 1/4 finala çıxdı - Azərbaycan Kuboku

Azərbaycan Kubokunda 1/8 final mərhələsinin qalan 3 oyunu keçirilib.

mediasport.az xəbər verir ki, günün az əvvəl başa çatan iki görüşündə 1/4 finalçılar müəyyənləşib.

Mingəçevirdə eyniadlı komandanın qonağı olan "Zirə" və Gəncədə "Sumqayıt"ı sınağa çəkən "Kəpəz" adlarını növbəti mərhələyə yazdırıb.

"Sabah" isə evdə "Qaradağ Lökbatan"ı darmadağın edib.


Azərbaycan Kuboku. 1/8 final mərhələsi


17:00 “Sabah” – “Qaradağ Lökbatan” 5:0

Qollar: Davit Volkov, 33, Bəxtiyar Həsənalızadə, 39, Emmanuel Apeh, 61, 88, 90+1

Hakimlər: Səbuhi Bayramov, Tərlan Talıbzadə, Kərim Zeynalov, Fəridə Lütfəliyeva

Hakim-inspektor: Babək Quliyev

“Bank Respublika Arena”, 17:00 (canlı/ “CBC Sport”)


“Mingəçevir” – “Zirə” 0:2

Qollar: Çantakias 30, Rüstəm Əhmədzadə 60

Hakimlər: Emin Əliyev, Elman Kərimov, Elmin Süleymanov, Əkbər Əhmədov

Hakim-inspektor: Ramil Diniyev

Yaşar Məmmədzadə adına Mingəçevir şəhər stadionu, 14:00 (canlı/pfl.az)


“Kəpəz” – “Sumqayıt” 1:0 

Qol: Mixeil Erqemlidze 9

Hakimlər: İnqilab Məmmədov, Namiq Hüseynov, Teymur Teymurov, Kamran Əliyev

Hakim-inspektor: Əmrah İbrahimov

Gəncə şəhər stadionu, 14:00 (canlı/ “CBC Sport”)