"Qarabağ" Almaniyada "Bayer"ə böyük hesabla məğlub olub
Bu gün futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsində 3-cü turun oyunları keçirilib.
Mediasport.az xəbər verir ki, yarışda yeganə təmsilçimiz "Qarabağ" Almaniya səfərində meydana çıxıb.
Qurban Qurbanovun komandası Bundesliqanın lideri "Bayer"lə çətin dueldə böyükhesablı məğlubiyyətlə üzləşib. Qrupun digər görüşündə də 5:1 hesabı qeydə alınıb. "Molde" Norveçdə "Hekken"dən üstün olub.
3 turdan sonra "Bayer" 9 xalla birinci, "Qarabağ" 6 xalla ikinci, "Molde" 3 xalla üçüncü pillədə qərarlaşıb. Sonuncu yerdə olan "Hekken"in xalı yoxdur.
Azərbaycan çempionu növbəti oyunu da "Bayer"ə qarşı keçirəcək. Noyabrın 9-da komandalar Bakıda qarşılaşacaqlar.
UEFA Avropa Liqası. Qrup mərhələsi. 3-cü tur
"Bayer" (Almaniya) - "Qarabağ" (Azərbaycan) 5:1
Qollar: Florian Virts, 4, Alexandro Qrimaldo, 29, 55, Viktor Bonifeys, 35, Erik Tapsoba, 58 - Toral Bayramov, 16 (pen.)
Baş hakim: Horatiu Fesniç
Yan xətt hakimləri: Valentin Avram, Aleksandru Çerey
Dördüncü hakim: Şabols Kovaç (hamısı Rumıniya)
VAR: Tiaqu Martinş (Portuqaliya)
AVAR: Paolo Valeri (İtaliya)
Almaniya, Leverkuzen, "BayArena".
"Bayer": 17. Matey Kovar, 6. Odilon Kassunu, 12. Edmond Tapsoba, 3. Ptero Hinkapye, 20. Alexandro Qrimaldo, 8. Robert Endrix (k), 34. Qranit Caka, 19. Natan Tella, 10. Florian Virts, 21. Amin Adli, 22. Viktor Bonifase.
Baş məşqçi: Xabi Alonso.
"Qarabağ": 99. Andrey Lunyov, 44. Elvin Cəfərquliyev, 81. Kevin Medina, 13. Bəhlul Mustafazadə, 2. Mateus Silva, 8. Marko Yankoviç, 6. Julio Romao, 15 Leandro Andrade, 10. Abdullah Zubir (k), 27. Toral Bayramov, 18. Juninyo Olavio.
Baş məşqçi: Qurban Qurbanov.