"Qarabağ" mövsümdə ilk qələbəsini "Turan Tovuz" üzərində qazandı

"Qarabağ" mövsümdə ilk qələbəsini "Turan Tovuz" üzərində qazandı

Azərbaycan Premyer Liqasında 2-ci tur bu gün keçiriləcək 1 oyunla davam etdirilib.

mediasport.az xəbər verir ki, mövsümə məğlubiyyətlə başlayan son çempion "Qarabağ" doğma meydanda "Turan Tovuz"u qəbul edib.

Ağdam klubu cari mvsümdə ilk qələbəsini məhz tovuzlularla görüşdə qazanıb.

Bu gün baş tutmalı olan "Sumqayıt" - "Sabah" matçı isə qonaqların Avropa Konfrans Liqasına daha yaxşı hazırlaşmaq istəyilə əlaqədar təxirə salınıb.

Turun 2 qarşılaşması dünən oynanılıb. "Araz-Naxçıvan" "Qəbələ"ni 2:0, "Zirə" "Kəpəz"i 1:0 hesabı ilə üstələyib. "Neftçi" - "Səbail" dueli sabah keçiriləcək.


Azərbaycan Premyer Liqası. 2-ci tur


13 avqust (bazar)


18:30. “Qarabağ” – “Turan Tovuz” 3:0

Qollar: Juninyo, 30, Abdellah Zubir, 66, Adama Diakabi, 69

Hakimlər: Rauf Allahverdiyev, Rahil Ramazanov, Teymur Teymurov, İslam Məmmədov

“Azersun Arena”

“Qarabağ”: 23. Luka Quqeşaşvili, 20. Riçard Almeyda, 5. Maksim Medvedev (k), 55. Bədavi Hüseynov, 4. Rahil Məmmədov, 27. Toral Bayramov, 90. Nəriman Axundzadə, 66. Patrik Andrade, 11. Adama Diakabi, 18. Olavio Juninyo, 19. Redon Cica.

Ehtiyat oyunçular: 1. Şahruddin Məhəmmədəliyev, 89. Amin Ramazanov, 13. Bəhlul Mustafazadə, 44. Elvin Cəfərquliyev, 83. Nihad Quliyev, 10. Abdullah Zubir, 81. Kevin Medina, 8. Marko Yankoviç, 6. Julio Romao, 15. Leandro Andrade.

Baş məşqçi: Qurban Qurbanov.

“Turan Tovuz”: 13. Aydın Bayramov, 4. Şəhriyar Əliyev (k), 2. Sertan Taşkın, 77. Fərid Nəbiyev, 99. Veysəl Rzayev, 5. Roderik Miller, 23. Alexandro Serrano, 25. Denis Marandiçi, 6. Bruno Qonçalves, 80. Otto Con, 79. Martin Petkov.

Ehtiyat oyunçular: 1. Tərlan Əhmədli, 85. Kamal Bayramov, 3. Tərlan Quliyev, 14. Slavik Alxasov, 39. Sadiq Quliyev, 18. Budaq Nəsirov, 88. Faiq Hacıyev, 60. Səbayıl Bağırov, 15. Vüsal Məsimov, 8. Piruzi Marakvelidze, 9. Belajdi Pusi, 11. Ayxan Quseynov.

Baş məşqçi: Ayxan Abbasov.