"Qarabağ"ın növbəti potensial rəqibləri - UEFA Çempionlar Liqası
Azərbaycan Premyer Liqasında çempionluğu sona 9 tu qalmış qazanan “Qarabağ”ın UEFA Çempionlar Liqasının 2024/2025-ci illər mövsümünün I təsnifat mərhələsində daha üç rəqibi müəyyənləşib.
İslandiyanın "Vikinqur" klubundan sonra Slovakiyanın "Slovan", Qazaxıstanın "Ordabası" və Litvanın "Panevejis" kollektivləri də Qurban Qurbanovun komandasına potensial rəqib olub.
"Slovan" tarixində 22-ci dəfə ölkə çempionu titulunu qazanıb.
Səpələnmişlərdə yer alacaq bu komandaların hamısı 1-ci təsnifat mərhələsindən mübarizəyə qoşulacaqlar.
"Köhlən atlar" mərhələni adlayarsa, II raundda da səpələnmişlərdə olacaq. Turnirin I təsnifat mərhələsinin püşkü iyunun 18-də atılacaq.
Qeyd edək ki, Çempionlar Liqası qarşıdakı mövsümdən yeni formatda təşkil ediləcək. Qrup mərhələsi ləğv olunacaq, komandaların ümumi sayı 32-dən 36-yə yüksəldiləcək.
36 komandadan 2-si yarışa "Wild Card" sistemi ilə buraxılacaq. Bu vəsiqə daxili çempionatda ÇL-ə yüksələ bilməyən, amma turnirdə mühüm uğurlar əldə edən klublara veriləcək.
Yeni formata əsasən, turnir İsveçrə sistemi əsasında baş tutacaq.
İlkin final mərhələsində hər komanda 5-i səfərdə, 5-i evdə olmaqla, 10 oyun keçirəcək.
Bunun nəticəsində turnir cədvəli formalaşdırılacaq və ilk 8 yeri tutan komanda ÇL-in 1/8 finalına birbaşa vəsiqə qazanacaq.
Digər 8 vəsiqə uğrunda 9-24-cü yerlər tutan komandalar pley-off formatında mübarizə aparacaq.
Mediasport.az