"Qarabağ"ın "Elfsborq"la matçının biletlərinin qiymətləri açıqlandı

"Qarabağ"ın "Elfsborq"la matçının biletlərinin qiymətləri açıqlandı

"Qarabağ"ın UEFA Avropa Liqasının əsas mərhələsində "Elfsborq"la səfər matçının biletləri gələn aydan satışa çıxarılacaq.

Mediasport.az xəbər verir ki, görüşü stadiondan canlı izləmək istəyənlər 3 oktyabrda qiyməti sektordan asılı olaraq 165-290 İsveç kronu (təxminən 27-48 manat) arasında dəyişəcək biletlərdən ala bilərlər.

16 min nəfərdən çox azarkeş tutumuna malik "Boros Arena"dakı qarşılaşma 13 dekabrda keçiriləcək.