Milli futbolçularımızın klubları növbəti matçlarını keçirəcəklər

Milli futbolçularımızın klubları növbəti matçlarını keçirəcəklər

Legioner həyatı yaşayan daha 4 azərbaycanlı futbolçunun komandası bu gün növbəti oyunlarını keçirəcəklər.

Mediasport.az xəbər verir ki, müdafiəçi Anton Krivotsyukun uğurları üçün top qovduğu "Daejon" bu turu səfərdə keçirəcək.

2-ci Bundesliqa təmsilçisi "Nürnberq"ə transfer olunan Mahir Emrelinin komandası evdə "Darmştadt"ın qonağı olacaq.

Türkiyə 1-ci Liqasında forma geyinən Coşqun Diniyevin komandası ("Bandırmaspor") evdə "Çorum Bələdiyyəspor"u qəbul edəcək.

Albaniya Superliqasında çıxış edən Zamiq Əliyevin komandası da ("Eqnatia") ev matçına çıxacaq.

Cənubi Koreya K Liqa 1. 28-ci tur

14:00 "Sanqmu" - "Daejeon"

Almaniya 2-ci Bundesliqası. 4-cü tur

15:00 "Darmştadt" - "Nürnberq"

Türkiyə 1-ci Liqası. 3-cü tur

18:00 "Bandırmaspor" - "Çorum Bələdiyyəspor"

Albaniya Super Liqası. 2-ci tur

19:00 "Eqnatia" - "Laç"