AFFA-da Rövnəq Abdullayev dönəmi başa çatdı - SON QƏRAR!

 AFFA-da Rövnəq Abdullayev dönəmi başa çatdı - SON QƏRAR!

Rövnəq Abdullayev AFFA-dakı gələcəyi ilə bağlı yekun qərarını verib.

Mediasport.az xəbər verir ki, 2008-ci ildən federasiyada rəhbər postunu tutan qurum rəhbəri növbəti prezident seçkilərində namizəd olmayacaq.

O, qərarını bu gün Gəncədə keçirilən AFFA İcraiyyə Komitəsinin iclasında açıqlayıb.

İcraiyyə Komitəsi Hesabat-Seçki Konfransının vaxtını müəyyənləşdirməlidir.

Bu müddətdə prezidentliyə namizədlərin qeydiyyatı aparılacaq. AFFA-nın mövcud qaydalarına əsasən, federasiyaya birbaşa və dolayısı ilə bağlı təşkilatlar öz namizədlərini irəli sürə bilər.

Həmin orqanların ümumi sayı 34-dür. Yalnız AFFA prezidenti vəzifəsini tutan şəxs fərdi qaydada öz iddiasını ortaya qoya bilər.

Qeyd edək ki, R.Abdullayev geridə qalan müddətdə 4 dəfə AFFA prezidenti seçilib.

Xatırladaq ki, Mediasport.az hələ ötən ilin dekabrında bu barədə məlumat paylaşmışdı - https://mediasport.az/rovneq-abdullayev-affa-prezidentliyine-namized-olmayacaq