"Çalışacağıq ki, UEFA və Avropanı təəccübləndirək" - Tahir Gözəl
"Biz onları tanıyırıq, onlar bizi tanıyır. Çalışacağıq ki, ən yüksək səviyyədə oyun nümayiş etdirməklə həm Avropanı, həm UEFA-nı təəccübləndirək".
Mediasport.az xəbər verir ki, bu sözləri "Qarabağ"ın prezidenti Tahir Gözəl deyib.
İsveçrənin Nyon şəhərində keçirilən püşkatma mərasimində iştirak edən Ağdam klubunun rəhbəri Avropa Liqasının 1/8 final mərhələsində qarşılaşacaqları Almaniyanın "Bayer" klubu barədə fikirlərini bölüşüb.
Klub rəhbəri Leverkuzen təmsilçisinin rekordlar qıran güclü komanda olduğunu deyib:
"Son ana qədər "Slaviya" (Çexiya) ilə düşəcəyimizə ümid edirdim. Ancaq "Bayer"lə qarşılaşacağıq. Rekordlar qıran yenilməz komandadır. Bu mövsüm ən üst səviyyədə çıxış edirlər. Çətin oyun olacaq. Amma biz onları tanıyırıq və təcrübəmiz var. "Qarabağ"ın dünənki möhtəşəm qələbəsi bizi ruhlandırıb".
Qeyd edək ki, bu komandalar cari mövsüm Avropa Liqasının qrup mərhələsində bir-birlərinə rəqib olublar.
Komandaların növbəti duelləri martın 7-də Bakıda 14-də Leverkuzendə baş tutacaq.