"Qarabağ"dan "İdman TV"nin biabırçılığına dair AÇIQLAMA
"Qarabağ" Avropa Liqasının pley-off mərhələsinin ilk matçı çərçivəsində Sloveniyada "Olimpiya" ilə qarşılaşır.
mediasport.az xəbər verir ki, ilk hissəsi təmsilçimizin 2:0 hesablı inamlı qələbəsilə yekunlaşan qarşılaşmanı yayımlamalı olan "İdman TV" hələ də kanalda reklamlar göstərməklə məşğuldur.
Azərbaycan çempionu rəsmi səhifəsi vasitəsilə açıqlama yayaraq görüşün yayımlanmamasının onlardan asılı olmadığını bildirib:
“Olimpiya” - “Qarabağ” qarşılaşmasının yayım hüququnun öhdəliyini “İdman Azərbaycan” kanalı öz üzərinə götürmüşdür. Lakin texniki səbəblərdən “İdman Azərbaycan” bu oyunu canlı yayımlandıra bilmir. Yayımla bağlı məsuliyyəti birbaşa “İdman Azərbaycan” kanalı daşıyır.
Ayıbına kor olmayan kanal rəhbərliyi də öz növbəsində üzrxahlıq paylaşımı edib, guya. Buna üzrxhalıq demək olarsa:
"Əziz izləyicilər, texniki xəta səbəbilə "Olimpiya" - "Qarabağ" matçını yayımlaya bilmirik. Lyublyanadan yayımın ötürülməsində ciddi problem ortaya çıxdı. Baş verən hadisədən dolayı təəssüflənirik. Diqqətiniz üçün təşəkkür edirik!"