"Şamaxı"da növbəti ayrılıq - RƏSMİ
Yeni mövsümə Premyer Liqada başlayan "Şamaxı" daha bir futbolçu ilə yollarını ayırıb.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi Abbas Ağazadə ilə vidalaşıb.
Yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılaşma əsasında xitam verilib.
Ayxan Abbasovun rəhbərlik etdiyi komanda heyətini Bahadur Həziyev, Adil Nağıyev, Rafael Məhərrəmli, İlkin Muradov, Rüfət Abbasov, Rauf Rüstəmli, Belaydi Pusi, Brahim Konate, Giorgi Kantaria, Rikardo Fernandeş, Kamal Bayramov, Vasiliye Radenoviç və Conatan Benteke ilə gücləndirib.
Şamaxı təmsilçisi bunadək Əkpər Vəliyev, Süleyman Damadayev, Elçin Qasımov, Əbil Əbilov, Əli Mürsəlov, İbrahim Aslanlı, Fuad Bayramov, Samir Məhərrəmli, Roman Hüseynov, Bəhruz Teymurov, Salman Ələsgərov, Sahib Həsənov, Kənan Quliyev və Bəhruz Teymurovla iş birliyini dayandırıb.