"Qarabağ" "Linkoln"u keçsə - ya "Ludoqores", ya da "Dinamo"
!["Qarabağ" "Linkoln"u keçsə - ya "Ludoqores", ya da "Dinamo"](https://mediasport.az/uploads/images/202403/image_750x_65f42ebe52d9d.jpg)
"Qarabağ" - "Linkoln" cütünün qalibinin UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində potensial rəqibi müəyyənləşib.
Mediasport.az xəbər verir ki, Ağdam təmsilçisi Cəbəllütariq çempionunu mübarizədən kənarlaşdırsa, "Ludoqores" (Bolqarıstan) - "Dinamo" (Minsk, Belarus) cütünün qalibi ilə qarşılaşacaq.
Bu raundun matçları avqustun 6-7-də və 13-də baş tutacaq.