"Turan Tovuz"un futbolçusu "Şamaxı"da çıxış edəcək - RƏSMİ
Azərbaycan 1-ci Liqa təmsilçisi "Şamaxı" qış "transfer pəncərəsi"ndə üçüncü transferini reallaşdırıb.
Mediasport.az xəbər verir ki, bölgə təmsilçisi "Turan Tovuz"un müdafiəçisi Səbayıl Bağırovu mövsümün sonuna qədər icarə əsasında heyətinə qatıb.
Xatırladaq ki, Şamaxı təmsilçisi bunadək "Mingəçevir"dən ayrılan Roman Hüseynovu, hücumçu Bəhruz Teymurov transfer edib, müdafiəçi Kənan Quliyev, yarımmüdafiəçi Abbas Ağazadə və hücumçu Elşad Tağıyevlə anlaşmanı gələn mövsümün sonunadək uzadıb, Emil Qasımov və Rövşən Şahmuradovla yolları ayırıb.
"Şamaxı" 12 oyundan sonra 22 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.