"Qarabağ" onunla vidalaşdı - RƏSMİ

"Qarabağ" onunla vidalaşdı - RƏSMİ

"Qarabağ" yetirməsi Qara Qarayevlə vidalaşıb.

MediaSport.az xəbər verir ki, Ağdam klubu bununla bağlı sosial şəbəkə hesabında paylaşım edib.

2008-ci ildən "köhlən atlılar"ın əsas komandasında çıxış edən yarımmüdafiəçiyə kluba göstərdiyi xidmətlərə görə təşəkkür olunub, gələcək karyerasında uğurlar arzulanıb.

Qeyd edək ki, Qara Qarayev "Qarabağ"da 468 oyun keçirib, 5 qol vurub. Onun bu gün "Neftçi" ilə rəsmi müqavilə bağlayacağı gözlənilir.