İlk dəfə VAR sistemi tətbiq olunacaq - AFFA-nın Region Liqasında FİNAL

İlk dəfə VAR sistemi tətbiq olunacaq - AFFA-nın Region Liqasında FİNAL

AFFA-nın təşkil etdiyi futbol üzrə Region Liqasının 2022/2023-cü illər mövsümünün final qarşılaşmasını idarə edəcək hakimlər açıqlanıb.

mediasport.az xəbər verir ki, iyunun 4-də Tovuz şəhər stadionunda keçiriləcək “Çinar-Zəngilan” - “Qusar” görüşündə cari mövsüm üçün ilk dəfə VAR sistemi tətbiq ediləcək.


Region Liqası. Final


4 iyun

“Çinar-Zəngilan” – “Qusar”

Hakimlər: Fərid Hacıyev, Müslüm Əliyev, Zöhrab Abbasov, Emin Əliyev

VAR: Rəşad Əhmədov

AVAR: Eyyub İbrahimov

Hakim-inspektor: Ömər Paşayev

Tovuz şəhər stadionu. Saat 16:00