"Qarabağ" mübarizəni Avropa Liqasında davam etdirəcək
Futbol üzrə UEFA Çempionlar Liqasındakı təmsilçimiz "Qarabağ" bu gün II təsnifat mərhələsində cavab oyununa çıxıb.
MediaSport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bir həftə öncə Polşada məğlub olduğu "Rakuv"u qəbul edib.
Görüşdə 1:1 hesabı qeydə alınıb. İlk matçdakı nəticəyə əsasən, mərhələni polşalılar keçiblər.
Bu cütün qalibi III raundda Kiprin "Aris" klubu ilə qarşılaşacaq. Məğlub olan "Qarabağ" isə Avropa Liqasının III təsnifat mərhələsində HİK (Finlandiya) / “Mölde" (Norveç) cütündə uduzan tərəflə üz-üzə gələcək.
UEFA Çempionlar Liqası. II təsnifat mərhələsi. Cavab oyunu
"Qarabağ" (Azərbaycan) - "Rakuv" (Polşa) 1:1
Qollar: Tudor, 52 - Cica, 60.
Baş hakim: Sven Yablonski (Almaniya)
İlk oyun - 2:3
Bakı. Bakı Olimpiya Stadionu
Qarabağ": 1, Şahruddin Məhəmmədəliyev (k), 27. Toral Bayramov, 13. Bəhlul Mustafazadə, 81. Kevin Medina, 44. Elvin Cəfərquliyev, 6. Julio Romao, 8. Marko Yankoviç, 7. Yassin Benzia, 15. Leandro Andrade, 10. ABdulla Zubir, 19. Redon Cica.
Baş məşqçi: Qurban QUrbanov.
"Rakuv": 1. Vladan Kovaçeviç, 4. Staros Svarnas, 24. Zoran Arseniç (k), 25. Boqdan Rakovitan, 20. Jan Karlos, 5. Qustan Berggren, 66. Ciannis Papanikolau, 7. Fran Tüdor, 11. Con Yeboa, 9. Lukaş Zvolinski, 77. Marçin Çebula.
Baş məşqçi: David Şvarqa.