BFF-də seçki: Tahir Süleymanov federasiya prezidenti seçilib
Bakı Futbol Federasiyası İctimai Birliyinin Növbədənkənar Hesabat-Seçki Konfransı keçirilib.
Mediasport.az xəbər verir ki, bu barədə federasiyanın mətbuat xidməti məlumat yayıb.
Beynəlxalq dərəcəli hakim, "Neftçi" PFK-nın sabiq vitse-prezidenti, "Sabahın ulduzları" uşaq-gənclər layihəsinin ideya müəllifi, tanınmış futbol funksioneri Tahir Süleymanov Bakı Futbol Federasiyasının prezidenti seçilərək müvafiq qurumların təqdimatı ilə Ədliyyə Nazirliyində təsdiq edilib.